"Sürətli kompleks qiymətləndirmə aparılıb" Mikayıl Cabbarov

“Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildən 49% olsa da, hazırda 4,9%-ə düşüb”. SİA-nın verdiyi məlumata görə, bunu Bakıda keçirilən Strateji Prioritetləşdirmə Seminarında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“2016-cı ildə Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici seçib. Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib. DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb və qiymətləndirmənin nəticəsinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70% müəyyən edilib", - o qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə