MÖS vasitəsilə ödənişlər artıb və ÜDM-in 3.3 mislini təşkil edib
Ödəniş sistemlərinin sabit, fasiləsiz, təhlükəsiz fəaliyyəti və inkişafı 2019-cu ildə də Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən olub. SİA Mərkəzi Banka istinadən xəbər verir ki, Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 2019-cu ilin 11 ayında həyata keçirilən ödənişlərin sayı 41% artıb, ödənişlərin həcmi ÜDM-in 3.3 mislini təşkil edib.
Büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılmış "Hökumət Ödəniş Portalı”nın (HÖP) imkanlarının genişləndirilməsi davam etdirilib. Hazırda bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 106 məhkəmə orqanı, 18 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 550-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 30 bank və "Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB