"İslahatların müsbət nəticələrini yaxında görəcəyik" AÇIQLAMA-ÖZƏL

"İslahatların müsbət nəticələrini yaxında görəcəyik" AÇIQLAMA-ÖZƏL

“2020-ci ildə də bəzi sahələr üzrə əməkhaqqlarının əlavə olaraq artırılması nəzərdə tutulub ki, nəticədə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnoz edilən artımlar üçün cəm olaraq 4,0 milyard manatadək əlavə vəsait xərclənəcək”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

2019-cu ildə əldə olunan üçüncü qrup iqtisadi uğur və dəyişikliklərə iqtisadiyyatın idarəetmə mexanizmində köklü struktur və kadr dəyişikliklərin daxil olduğunu deyən ekspert söyləyib ki, bu ilin əvvəlindən start verilən islahat dalğası elə bir prosesə və tendensiyaya başlanğıc qoydu ki, bu, istər-istəməz həm dərinə, həm də üfüqə doğru genişlənməli idi: “Bu mənada, struktur və kadr islahatlarına da ehtiyac yarandı. Nəticədə səmərəliliyi artırmaq məqsədilə islahatlar idarəetmə sahəsini də əhatəyə aldı. Çünki, dövlət başçısı tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədi, bu sahədə də yeni yanaşma tələb edirdi”.

P. Heydərov vurğulayıb ki, islahatların davamı kimi 2019-cu ildə struktur islahatları da dərinləşməklə kadr dəyişikliklərinə başlandı: “Bu proses hələ də davam edəcək. Bunun müsbət nəticələrinin bir qismini yaxında, digər hissəsini isə qarşıda görəcəyik”.

2019-cu ilin qeyri-neft sektorunun inkişafının ümumi iqtisadi siyasətdə prioritetliliyin bir az da gücləndirilməsi ilə seçildiyini deyən ekspert qeyd edib ki, sözügedən sahədə stimullaşdırıcı tədbirlərə xüsusi fikir verilib: “Sözün qısası, Yeni il - 2020-ci ilə “dizi üstə” deyil, ayaqda gedirik. Başqa sözlə desəm, iqtisadiyyatda iki il öncə əldə etdiyimiz makro sabitlik fonunda 2019-da da böyük uğurlar əldə edərək növbəti ilə nəinki inamla, hətta yüksək inadla addımlayırıq. Ümumiyyətlə, ölkə iqtisadiyyatında əldə edilən dəyişikliklər müstəvisində həm 2020-ci ildə, həm də qarşıdakı illərdə iqtisadiyyatda yaradılan əlavə dəyərin daha da böyük templə artacağı gözlənilir ki, növbəti il bu sahəyə xüsusən əhəmiyyətli nəticələr bəxş etməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə