2019-cu ilin bazarda ucuzlaşmaya aparan İSLAHATLAR YOLU EKSPERT RƏYİ-ÖZƏL

“2019-cu ildə qeyri-neft sektorunun inkişafı, xüsusilə də bu sahədə əsas aparıcı, lokomotiv rolunu oynayan sahibkarlığın daha da tərəqqisi ilə bağlı bir sıra işlər görülüb. Belə ki cari ilin yanvar ayının 1-dən “Vergi Məcəlləsi”nə böyük, köklü dəyişiklər edilib”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, edilən dəyişikliklər sahibkarlığın inkişafına mühüm təsir edib: “Belə ki, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi vasitəsilə kiçik sahibkarlıq subyektləri ilə bağlı xüsusi proqram hazırlanıb, işlər daha da genişləndirilib”.

Ekspert söyləyib ki, cari ildə ölkənin valyuta ehtyatlarının 50 milyard səviyyəsinə gəlib çatması, ölkədə aparılan mühüm struktur islahatları, Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və digər xidmətin İqtisadiyyat Nazirliyinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Banka birləşdirilməsi həm tədbirlər planı, həm də struktur baxımından sahibkarlığın inkşafına təsir edən mühüm amillərdir: “O cümlədən bu il vergi sahəsində də mühüm slahatlar həyata keçirilib. Belə ki bu sahədə islahatların birinci mərhələsini geridə qoymuşuq. 2020-ci ilin yanvarın 1-dən ikinci etapa start veriləcək. Birincidə daha çox vergi inzibatçılıq, şəffaflıq, kölgə iqtisadiyyatının azaldılması bu sahədə aydınlığıa doğru məsələlər öz əksini tapırdısa, ikinci mərhələni maksimim kağız nomenklaturasının daha da azaldılması, elektronlaşmanın, nəğdsiz hesablaşmaların, o cümlədən cari ildə başlanan şəffaflaşma prosesinin genişləndirilməsi kimi qiymətləndirməliyik”.

R. Atakişiyev qeyd edib ki, ölkəmiz aparılan islahatların əsas məqsədi Azərbaycanın iqtisadi gücünü artıraraq nəticədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına nail olmaqdır: “Bu hədəflərə çatmaq üçün ölkəmizdə sahibkarlıq və investisiya mühiti inkişaf etdirilir. Bilirsiniz ki, bütün dünya ölkələri bir-birilə rəqabət aparır. Bu gün Gürcüstan, Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələr öz investiya mühitinin daha da yaxşılaşdırmağa çalıırlar ki, Azərbaycanda investisiya cəlb etsinlər. Bu, yaxşı haldır. Lakin bununla yanaşı, biz özümüz də maraqlıyıq ki, həmin investisiya elə öz ölkəmizdə yatırılsın. Bu investisyların yatırılması üçün ilk növbədə sahibkarlıq, rəqabət mühiti olmalıdır. Sahibkarın bazarda fəaliyyət göstərməsinə alıcı qərar verməlidir. Bütün bunlar üçün son dövrdə aparılan ioslahatlar çox əhəmiyyətlidir”.

İqtisadçı əlavə edib ki, ölkəmizdə həyata keçirilən islahatlar sahibkarlığın səmərəli şəkildə fəaliyyətinə əsaslanıb: “Məhkəmə sahəsində həyata keçirilən islahatlar da öhdəliklərin yetirilməsində çox mühümdür. Bütün sahibkarlar üçün elə bir mühit formalaşmalıdır ki, onlar bazarda yalnız rəqabət qanunları şəklində fəaliyyət göstərəcəklərinə inanmalıdırlar. Belə olan halda, bazarda ucuz və keyfiyyətli məhsul da formalaşdırmaq mümkün olur. Bazar mexanizmi avtomobil kimidir. Şinlərdən biri olmasa onun fəaliyyəti mümkün deyil. Birinci şin alıcı, ikincisi satıcı, üçüncü rəqabət, dördüncü isə qiymətdir. Əsas məsələ ucuzlaşmanın qanuni yolla həyata keçirməkdir. Dünyada elə proseslər gedir ki, yalnız güclü şirkətləri olan dövlətlər güclü təsirə malik olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...