İqtisadiyyatın daha dayanıqlı şəkildə qurulması prossesi davam edəcək ÖZƏL - MÜNASİBƏT
"Azərbaycanda bütövlükdə iqtisadi islahatların icrasına diqqət yetirsək, 2015-ci ildə qlobal neft şoku yarandıqdan sonra qısa müddət ərzində iqtisadi sabitlik müəyyən edildi". Bunu SİA-ya açıqlamasında iqtisadçı- ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 2017-ci il Azərbaycan üçün stablliyin təmin edilməsi, 2018-ci il iqtisadi artımın bərpa edilməsi, 2019-cu il isə daha sürətli iqtisadi artımın bərpa erdilməsi kimi yadda qalıb. Bununla da Azərbaycan çox qısa zamanda neftin qiymətinin bir qədər aşağı düşməsinin iqtisadi təsirlərini minimumlaşdıra bildi: “ Xüsusi ilə də məqsəd xaricdən borc asılılığının minimumlaşdırılması, Azərbaycabaycan üçün çox vacibdir. Bu il Azərbaycanda gələcəkdə mümkün olacaq xarici şokların təsirlərini azaldılması istiqamətində addımlar atılmış oldu. Xarici borcun ümumdaxili məhsuldakı payının çox kiçik həcmdə olması, bir tərəfdən də iqtisadi müstəqilliyin, formalaşması baxımından vacibdir”.
Ekspert həmçinin onu da qeyd edib ki, Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq borc alan ölkə deyil, borc verən ölkəyə çevrilməkdədir. Son struktur islahatları ondan xəbər verir ki, Azərbaycanda kadr və struktur islahatlarında kompleks sistemli bir yanaşma var. Ölkə başçısının son çıxışı ondan əvvəlki çıxışlarıda da bildirdiyi kimi, strukturun çevikləşdirilməsi ilə bağlı aparılan kadr islahatları istiqamətlərində ciddi addımlar atılır. Eyni zamanda, Azərbaycan növbəti dövrdə də iqtisadi artım tempini qoruyub saxlaya biləcək və nöbəti dövrlərdə də xarici borc asılılığını minimumlaşdırılması, eləcə də ölkə iqtisadiyyatının daha dayanıqlı şəkildə qurulması prossesi davam edəcək. Bu da nəticə etibarı ilə islahatların real təsiri kimi qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB