Fevral ayında Ceyhan limanı, BTC kəməri və Kulevi Terminalından neft və neft məhsullarının ötürülməsi üzrə göstəricilər

Fevral ayında Ceyhan limanı, BTC kəməri və Kulevi Terminalından neft və neft məhsullarının ötürülməsi üzrə göstəricilər
2011-ci ilin fevral ayı ərzində 2,9 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılın. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, bu həcmin 1 milyon 917 min 532 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 5,5 milyon ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2011-ci ilin mart ayının 1-ə qədər Ceyhan limanından 147,4 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
2011-ci ilin fevral ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2,8 milyon ton Azərbaycan nefti nəql olunub. Cari ilin yanvar-fevral aylarında bu kəmərlə 5,7 milyon ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il mart ayının 1-ə qədər BTC-yə 149,2 milyon ton neft vurulub. Bundan başqa, cari ilin fevral ayında BTC kəməri ilə 183 min 138 ton Türkmənistan nefti nəql olunub.
ARDNŞ-ə məxsus Kulevi Qara Dəniz Terminalı 2011-ci ilin fevral ayı ərzində 302 436 ton neft və neft məhsulları qəbul edib. Həmin ay terminal vasitəsi ilə 244 477 ton neft və neft məhsulu dünya bazarlarına göndərilib. Fevralda terminal vasitəsilə yanvar ayı ilə müqayisədə 27% az neft və neft məhsulu ötürülüb ki, bu da mürəkkəb hava şəraiti ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə