"İlin sonunadək Mərkəzi Bankın gəliri 200 milyon dollara çatacaq"

"İlin sonunadək Mərkəzi Bankın gəliri 200 milyon dollara çatacaq"

Cari ilin sonunadək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlirlərin həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edəcək. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 30-da jurnalistlərə açıqlamasında deyib.

“Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollardan çoxdur. Ehtiyatlarımızın bazara müdaxiləsi cüzi olduğu üçün onlar konservativ şəkildə artır. Başlıca mənbə valyuta ehtiyatlarının idarə olunmasından əldə edilən gəlirlərdir", - deyə E.Rüstəmov diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə