Əli Abbasov: "Ölkədə rouminq tariflərinin endirilmə səviyyəsi qənaətbəxş deyil"

"Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının rouminq tariflərinin endirilməsi səviyyəsindən razı deyil". SİA-ın verdiyi xəbərə görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycandakı rominq tarifləri 20-25% aşağı düşüb, amma bu, çox azdır və mobil operatorlar da bunu başa düşürlər. Onun sözlərinə görə, rouminq tarifləri hazırda yüksəkdir və bu qiymətlər bir qədər də aşağı salınmalıdır.
Ə.Abbasov əlavə edib ki, rouminq xidmətləri sahəsində qiymətlərin formalaşması xarici operatorlardan da asılı olduğuna görə, bu məsələlər digər ölkələrin operatorları ilə aparılan danışıqlar nəticəsində həll olunur və bu səbəbdən cari ilin birinci yarısında bu iş davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə