“Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır.
Ekspert söyləyib ki, seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu “1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər.
V. Bayramovun sözlərinə görə, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacağı gözlənilir: “Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.
Qeyd edək ki, Türkiyənin Ali Seçki Komissiyası İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğv edilib. Komissiya İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verdiyi bildirilir. Məlumatda yeni seçkilərin iyunun 23-də keçiriləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB