“Azərkimya”da Mülki Müdafiə Qərargahı və Hərbiləşdirilmiş Mülki Müdafiə Qüvvələri yaradılıb

“Azərkimya”da Mülki Müdafiə Qərargahı və Hərbiləşdirilmiş Mülki Müdafiə Qüvvələri yaradılıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Mülki Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri həyata keçirmək ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində Mülki Müdafiə Qərargahı (MMQ) və Hərbiləşdirilmiş Mülki Müdafiə Qüvvələri (HMMQ) yaradılıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, MMQ üzvlərinin və HMMQ komandirlərinin iştirakı ilə vəzifə təlimatlarının hazırlanması və görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müəyyən olunub.

Yaxın günlərdə MMQ və HMM dəstələrinin bütün manqa və məntəqə üzvləri ilə geniş tərkibdə ilk sınaq-yoxlama təliminin həyata keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, təlimin əsas məqsədi fövqəladə hadisələr zamanı MMQ üzvlərinin və HMMQ-nin qarşılıqlı və operativ fəaliyyətini təşkil etmək, mülki müdafiə hazırlığının real vəziyyətini öyrənmək, mümkün ola biləcək hər hansı bir qəza zamanı işçilərin mühafizə olunması səviyyəsini yoxlamaqdır. Təlimlər həmçinin komandir heyətinin operativ və düzgün qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən hərbiləşdirilməmiş mülki-müdafiə dəstələrinin əməli vərdişlərə maksimum yiyələnmələri məqsədinə xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə