Azərbaycan iqtisadiyyatının növbəti 3 il üçün artım PROQNOZU AÇIQLAMA -ÖZƏL

Azərbaycan iqtisadiyyatının növbəti 3 il üçün artım PROQNOZU AÇIQLAMA -ÖZƏL

“Ölkədə iqtisadi islahatların aparılması yalnız stabilliyin əldə edilməsi fonunda mümkündür. Əgər bir ölkədə stabillik yoxdursa, o zaman nəticə etibarı ilə həm iqtisadi, həm də sosial islahatların əhəmiyyəti xeyli dərəcədə azalır. Bu kontekstdən son 1 ildə həm maliyyə, həm makro, həm də bütövlükdə iqtisadi stabilliyin qorunub saxlanması ölkəmizdə həyata keçirilən islahatların həm miqyas baxımından genişlənməsi, həm də bu islahatların keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyması üçün zəmin formalaşdırıb ”. Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Azərbaycanın son 1 ildə həm iqtisadi, həm də sosial sahəyə həyata keçirdiyi islahatların uğurlu nəticəsi “Fransanın “Opinion Way” şirkəti tərəfindən həyata keçirilən sorğuda da öz əksini tapıb.

Onun sözlərinə görə, sorğuda da qeyd olunduğu kimi Azərbaycanda aparılan iqtisadi islahatlar üçün özəl baza məhz iqtisadi stabillikdir: “Sevindirici haldır ki, Azərbaycan son 1 ildə iqtisadi stabilliyi qoruyub saxlaya bildi. Bu həm də növbəti illərdə daha sürətli iqtisadi artım üçün bir baza formalaşdırır. Yalnız Azərbaycan hökuməti deyil, eyni zamanda beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu , Asiya İnkişaf Bankı 2019-2021-ci illərdə Azərbaycan iqtisadiyyatının 3 faizdən daha çox artacağını proqnozlaşdırırlar”.

Əvvəlki illərə nəzər salan V. Bayramov qeyd edib ki, 2017-ci ildə Azərbaycanın əldə etdiyi iqtisadi stabillik sayəsində 2018-ci ildə əldə olunan 1.4 faiz iqtisadi artım növbəti illərdə bu rəqəmin 3 və ya daha artıq olması gözləniləndir: “ Son 1 ildə aparılan islahatlar məhz növbəti illər üçün iqtisadi artımla bağlı proqnozların reallaşması üçün ciddi baza formalaşdırır. Bu baxımda bu gün edilən islahatların növbəti illərdə Azərbaycan iqtisadiyyatına birbaşa təsirlərini görəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə