"2020-ci ildə Azərbaycanda iqtisadi artım tempi daha da sürətlənəcək" PROQNOZ-ÖZƏL
"Azərbaycanda 2015-ci ildə başlanılan dərin islahatların tərkib hissəsi olaraq 2019-cu ilin ilk üç ayında əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, 2015-ci ildən başlanan proses fonunda 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalsa da, 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq.
Onun sözlərinə görə, həm yerli həm də beynəlxalq maliyyə qurumları 2020-ci ildə Azərbaycanda iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırırlar.
2020-ci ildə ölkəmizə valyuta axınının daha da artacağının gözlənilən olduğunu dilə gətirən V. Bayramov söyləyib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən meqalayihələrin uğurlu icrası bunu deməyə əsas verir: "Cənub Qaz Dəhlizi çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə ilkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazının nəql olunacağını və TANAP ilə Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacağını nəzərə alsaq, o zaman ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırmaq mümkündür. Bundan başqa Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımaların artması, Sumqayıt Kimya Parkında qurulan zavodlar fonunda da valyuta gəlirlərimizin çoxalacağını deməyə imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB