Vətəndaşlara dövlət büdcəsindən əlavə 1 milyard manat yönəldilir
Prezident İlham Əliyev tərəfindən cari ilin ilk iki ayı ərzində ciddi sosial paket həyata keçirilib. Sosial müavinətlər, pensiyalar, əməkhaqları və digər ödənişlərlə ünvanlı olaraq 2 milyondan çox insana dövlət büdcəsindən əlavə 1 milyard manatdan artıq vəsait yönəldilir. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
“Bu, cidd sosial paketdir. Problemli kreditlərin həlli ilə bağlı fərman 850 min insanı əhatə edəcək. Bütün bu işlər 2019-cu ildə nəzərdə tutulmuş dövlət büdcəsindən xərclərlə bağlıdır. İstənilən sosial paketin arxasında ciddi iqtisadi nailiyyətlər və onun gətirdiyi gəlirlər dayanır. Heç bir sosial paket dayanıqlı maliyyə mənbəyi olmadan həyata keçirilə bilməz”, - deyə V.Qasımlı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB