"Problemli kreditlərin həlli inqilabi qərardır"

"Problemli kreditlərin həlli inqilabi qərardır"

Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman 900 minədək insanı əhatə edir. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, Fərman 900 minədək insanı əhatə edir. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödəniləcək.

V.Qasımlı qeyd edib ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb: "Birmənalı demək olar ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə sözün əsl mənasında inqilabi qərarlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə