İlham Şaban: “Barozzo siyasi fiqurdur və onun hansısa bir kommersiya müqaviləsi bağlamaq səlahiyyəti yoxdur” -Açıqlama
"Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə "Cənub dəhlizi" layihəsinə dair birgə deklorasiya və siyasi-iqtisadi islahatları nəzərdə tutan əməkdaşlıq bəyannaməsi imzalayacaqlar. Deklorasiya isə öhdəliyi olmayan bir sənəddir". Bu sözləri SİA-ya açıqlaması zamanı iqtisadçı ekspert İlham Şaban deyib. Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozo siyasi bir fiqurdur. Siyasi fiqurun isə kommersiya xarakterli müqavilələr bağlamağa səlahiyyəti yoxdur.
Ekspert qeyd edib ki, əgər bu bəyanatları Borozzonu müşayiət edən Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger desəydi, onda bunu düzgün hesab etmək olardı: " "Nabucco"-ya daxil olan layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE Avropa şirkətlərindən birinin nümayəndələri səfər etsəydilər, biz irəliləyiş haqqında ehtimallardan danışa bilərdik. Və ya bu ölkələrlə Dövlət Neft Şirkəti arasında hansısa bir memorandum səviyyəsində sənəd imzalansaydı, artıq burada müəyyən irəliləyişdən söhbət gedə bilərdi. Amma məsələyə real yanaşsaq, görərik ki, Azərbaycan öz qazının diversifikasiya yolu ilə göndərilməsini həmişə dilə gətirir. Azərbaycanda hökumət səviyyəsində 2008-ci ilin may ayında Praqa görüşündə Prezident İlham Əliyev bildirib ki, biz "Nabucco"ya siyasi dəstək veririk. Lakin onun kommersiya məsələsi xarici şirkətlər vasitəsilə həll olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB