Çin iqtisadi böhran yaşayan İspaniyaya yardım əlini uzadıb. SİA-nın məlumatına görə, iki ölkə arasında 5 milyard 564 milyon avro dəyərində 16 ticarət razılaşması imzalanıb.
50 nəfərlik nümayəndə heyəti ilə Madridə səfər edən Çinin baş nazirinin müavini Le Keqianq İspaniyanın baş naziri Jose Luis Rodriguez Zapatero, baş nazirin müavini və iqtisadi inkişaf naziri Elenile Salqado, xarici işlər naziri Trinidad Cimenez, sənaye ticarət və turizm naziri Miquel Sebastian və bir sıra tanınmış iş adamları ilə görüşüb.
Li Keqianq İspaniyaya güvəndiyini və dəstəklədiyini bildirib: "Madridə gəlməyimin səbəbi İspaniya ilə Çin arasında ticarət müqavilələri imzalamaqdır. Müqavilələrin 12-si özəl, 4-ü dövlət şirkəti ilə bağlanıb. İspaniya hazırda iqtisadi böhran içində olsa da bu vəziyyətdə onları yalnız qoymaq doğru deyil. Bununla yanaşı, biz ispan iqtisadiyyatının dirçələcəyinə inanırıq. Biz bir dövlət olaraq həm yaxşı, həm də pis günlərində İspaniyaya dəstək olacaq, maliyyə böhranından çıxa bilməsi üçün əlimizdən gələni edəcəyik".
Nazir müavini razılaşmaların enerji, texnologiya, telekommunikasiya və qida sektorlarını əhatə etdiyini deyib. Müqavilələrin çoxu İspaniya və Argentinanın sərmayəsi ilə qurulan Repsol YPF neft şirkəti ilə bağlanıb.
Xatırladaq ki, 2009-cu ildə İspaniya Çinə 1 milyard 989 milyon dəyərində ixrac,14 milyard 454 milyon avro dəyərində isə idxal edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB