“Agenzia Nova”: "Azərbaycanda elektrik enerjisinin istehsalı artıb"

“Agenzia Nova”: "Azərbaycanda elektrik enerjisinin istehsalı artıb"

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycanda elektrik enerjisinin istehsalı 2017-ci illə müqayisədə 3,4 faiz artıb” sərlövhəli yazı yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda ötən il Azərbaycanda elektrik enerjisi istehsalının 22,52 milyard kilovat-saat təşkil etdiyi bildirilib. Qeyd olunub ki, bu, 2017-ci ildəkindən 3,4 faiz çoxdur. Ötən il Azərbaycandan Rusiyaya, Gürcüstana, İrana və Türkiyəyə elektrik enerjisinin ixracı əvvəlki illə müqayisədə 14,2 faiz artıb.

Yazıda bildirilib ki, Azərbaycanda ümumi gücü 6 min meqavat olan 30-dan çox elektrik stansiyası var.

Bütün xəbərlər Facebook səhifəmizdə