"Gələnil 41 sosial layihənin təhvil veriləcəyi nəzərdə tutulub"
“Sosial sahələrin inkişafı Prezident İlham Əliyevin daim diqqətində olan məsələlərdir. Təhsil, səhiyyə, elm sahəsinin inkişafı, əmək məşğulluq, sosial təminat məsələlərində xidmətlərin elektornalaşması ilə bağlı dövlət başçısı tərəfindəın tapşrıq verilib və zəruri maliyyə ayrılıb”. SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
2019-ci ilin dövlət büdcəsinin xərclərinin artımla nəzərdə tutulduğunu deyən Palata sədri söyləyib ki, növbəti ilin büdcəsinin strukturu dəyişilməz qalıb.
V. Gülməmmədov qeyd edib ki, növbəti ilin büdcədə sosial sahəyə xüsusi diqqət ayrılıb: “ Belə ki, büdcədən bu sahəyə 6.4 milyard manat nərzərdu tutulub ki, bu da 2018-ci illə müqayisədə 14 faiz çoxdur. Bu sahəyə ayrılan vəsait sayəsində 41 sosial layihənin təhvil veriləcəyi nəzərdə tutulub”.
Palata sədrinin sözlərinə görə, 2019-cu ilin büdcəsindən təhsil xərclərinə 2.3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da ÜDM-nin 2.8 faizini təşkil edir: “2019-u ilin büdcə layihəsində sosial müdafiə , sosial təminat sahəsində 2.6 milyard manat vəsait nəzərdə tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB