“İdeyadan Biznesə” layihəsi üzrə startap turuna 2 mindən çox iştirakçı qatılıb
Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. SİA xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “İdeyadan Biznesə” startap turlarının respublika üzrə finalındakı çıxışında deyib.
Nazir bildirib ki, ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb. Ölkədə 16 ali, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB