SMPDK 123 adda məhsulun istehsalı və satışını qadağan edib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ərazi dövlət nəzarəti idarələri 2010-cu ilin 11 ayı ərzində 1937 təsərrüfat subyektində monitorinq həyata keçirib. Komitədən SİA-ya verilən xəbərə görə, dövlət nəzarəti tədbirləri nəticəsində ümumi dəyəri 231,6 min manat olan məhsulun normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilib.
İdarə əməkdaşları tərəfindən 329 adda məhsul üzrə iradnamə, 123 ədəd məhsul üzrə istehsal və satışın qadağan olunması barədə tələbnamə verilib. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən təsərrüfat subyektlərinin rəhbərlərinə ümumilikdə 143 min manat cərimə kəsilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB