İran rəsmisi: “ABŞ problemlərlə üzləşəcək"

İran rəsmisi: “ABŞ problemlərlə üzləşəcək"

“ABŞ İran neftinin ixracının sıfıra endirilməsində problemlərlə üzləşəcək. Çünki dünya bazarında tələb və təklif arasında olan fasilə azdır. Neft istehsal edən rəqiblərimz də İran neftinin boş yerini doldura bilməyəcəklər”. SİA-nın xarici mətbuata istinadən vediyi məlumata görə, bunu İranın OPEC-dəki rəsmi nümayəndəsi Hüseyn Kazim Ərdəbili deyib.

İran rəsmsii Reuters-ə verdiyi müsahibədə bildirib ki, müxtəlif ölkələri İrandan neft almamağa məcbur etmək bazarda tələbi artıracaq. Onun sözlərinə görə İran neftinin həmçinin Venezuela neftinin azalması və bazara çıxmaması son dönəmdə neftin qiymətində olan artımı daha da sürətləndirəcək.

Qeyd edək ki, son həftələrdə İran neftinin ixracının azalması habelə Venezuelada və digər ölkələrdə neft istehsalının azalması neftin qiymətinin 80-dolları keçməsinə səbəb olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə