Prezident Şabranda avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam imzalayıb
Prezident İlham Əliyev sentyabrın 10-da “Şabran rayonunun Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran–Əmirxanlı–Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB