Azərbaycanda “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət standartı qəbul edilib

Azərbaycanda “Sərnişin stansiya qurğuları və avtomobilləri” Dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış AZS 425-2010 "Sərnişin stansiya qurğuları və avtomobilləri" Dövlət standartını təsdiq edib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu standart sərnişin stansiyası qurğularına, avtobus dayanacaq məntəqələrinə, taksi-avtomobillərin dayanacaqlarına, sərnişin və yük avtomobil nəqliyyatı vasitələrinə şamil edilir və fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatların, məlumatların qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirir. Standartın müddəaları Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən verilmiş lisenziyaya əsasən sərnişin və yük avtonəqliyyat vasitələri ilə daşımanı həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir. Normativ sənəddə sərnişin stansiya qurğularının tərtibatı, müntəzəm sərnişin daşımalarını yerinə yetirən sərnişin nəqliyyatı vasitələrinin dayanacaq məntəqələrinin tərtibatı, nəqliyyat vasitələrinin xarici tərtibatı (taksi və sərnişin avtonəqliyyat vasitələri), sərnişin nəqliyyatı vasitələrinin və taksi-minik avtomobillərinin daxili tərtibatına olan tələblər mövcuddur.

Standartın tətbiq vaxtı 20.12.2010-cu ildən müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə