Dünyada baş verən quraqlıq Avropa Birliyi ölkələri, ABŞ, Rusiya və Avstraliyada buğda istehsalına güclü təsir edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən böyük buğda istehsalçılarında mövsümün sonunda 1 aylıq ehtiyat qalacağı təxmin edilir. Türkiyənin taxıl anbarlarında isə buğdanın yerini noxud tutub.
Həftə içi yayımlanan Beynəlxalq Taxıl Şurasının hesabatı buğda istehsalının beynəlxalq ölçüdə təhlükəli şəkildə aşağı düşdüyünü göstərir. 2017-2018 mövsümündə 758 milyon ton istehsal ediləcəyi proqnozlaşdırılan beynəlxalq buğda istehsalının, 2018-2019 mövsümündə 42 milyon ton azalmaqla 716 milyon ton olması gözlənilir.
Qeyd edək ki, buğdanın dünyada ən böyük istehsalçıları Avropa Birliyi ölkələri, Çin, Hindistan, ABŞ, Avstraliya, Rusiya və Kanadadır. Bu ölkələrdən hər hansı birində baş verən quraqlıq buğda istehsalında ümumi nəticəyə böyük təsir edir. Ancaq son illərdə quraqlıq Avropa Birliyi ölkələri, ABŞ, Rusiya və Avstraliyada eyni zamanda yaşanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB