Aydın Hüseynov: "Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti hər iki ölkənin iqtisadi maraqları nəzərə alınmaqla müəyyənləşməlidir" - MÖVQE
"Azərbaycanla Türkiyə arasındakı iqtisadi münasibətlər artıq sistemli bir şəkildə həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Türkiyənin Azərbaycanın "Şahdəniz" yataqlarından aldığı qazın həcmini azaltması sırf iqtisadi maraqlarla əlaqədar məsələdir: "Hazırda gündəmdə olan məsələlərdən biri də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdir. Türkiyənin Azərbaycandan aldığı qazın həcmini azaltması siyasi müstəvidə həll ediləsi məsələ deyil. Bu sırf iqtisadi maraqlarla bağlıdır. Belə ki, bu məsələdə hər iki ölkənin iqtisadi maraqları nəzərə alınmalıdır".
Uzun illər Azərbaycanın Türkiyəni ucuz qazla təmin etdiyini deyən ekspert bildirib ki, artıq Azərbaycan satış qiymətlərini dünya bazarındakı qiymətlərlə müqayisə edir: "Uzun illərdir ki, ölkəmiz Türkiyəni dünya bazarı ilə müqayisədə çox ucuz qazla təmin edirdi. Artıq keçən il qiymətlərin dünya bazarına uyğunlaşdırılması haqqında addımlar atıldı. Yəni Azərbaycan öz strateji məhsullarını satarkən dünya bazarındakı qiymətləri nəzərə alır".
Aydın Hüseynov atılan iqtisadi addımı qiymətləndirərək onu da qeyd edib ki, bu məsələni digər ölkələrlə olan iqtisadi və siyasi münasibətlərlə əlaqələndirmək dügün deyil: "Düzdür, Türkiyə qaz idxalını azaldıbsa, bu Azərbaycanın enerji daşıyıcılarının qiymətlərini dünya bazarı ilə uyğunlaşdırması ilə bağlıdır. Amma bu heç də başqa ölkələrlə olan iqtisadi-siyasi münasibətlərlə əlaqədar deyil. Sadəcə olaraq Türkiyə hansı ölkədən hansı məhsulu nə qədər alacağını özü müəyyənləşdirir. Ola bilər ki, bu müvəqqəti xarakter daşıyır. Bu, Türkiyənin ixrac etdiyi enerji resurslarının qiymətlərinin tənzimlənməsi ilə bağlı məsələdir".
Türkiyənin öz maraqlarını düşündüyünü deyən ekspert Azırbaycanın da özünə sərf edəcək şəkildə davranmasının daha doğru olacağını vurğulayıb: "Türkiyə özünə hansı həcmdə qaz lazım olduğunu və bunu hansı qiymətə almağın daha doğru olacağını müəyyənləşdirir. Türkiyənin bunu bacardığı kimi, Azərbaycan da öz iqtisadi maraqlarını göz önünə qoymalıdır. Azərbaycan iqtisadi cəhətdən hansı ölkə daha sərfəli münasibətlər qurmaq lazım olduğunu özü müəyyənləşdirir. Yəni dövlət siyasi maraqları ilə yanaşı iqtisadi maraqlarını da təmin edəcək formada davranmalıdır. Bu məsələdə həm Türkiyə tərəfindən, həm də Azərbaycan tərəfindən nəzərə alınması zəruri olan iqtisadi maraqlar var".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB