Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi nəticəsində indiyədək kənd təsərrüfatı məhsulları istehsalçıları 2 milyard manat dəyərində vəsaitə qənaət edib. SİA vergiler.az saytına istinadla xəbər verir ki, bu güzəştlər sayəsində məhsul istehsalçıları hər il dövlət büdcəsinə orta hesabla 150 milyon manat vergi ödəməkdən azad olunub.
Güzəştlər ilk növbədə fermerlərin maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaldaraq, nəticə etibarilə kənd təsərrüfatının əsaslı şəkildə inkişafını və bu sahəyə investisiya qoyuluşunu stimullaşdırır. Əvəzində isə kənd təsərrüfatı məhsullarının bütün növlərinin istehsalında artım müşahidə edilir.
Belə ki, son 10 ildə ölkə üzrə taxıl istehsalı 1,3 dəfə, kartof istehsalı 2 dəfə, meyvə-tərəvəz istehsalı 1,6 dəfə, bostan məhsullarının istehsalı 1,7 dəfə, üzüm istehsalı isə 2,3 dəfə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB