Dünya iqtisadiyyatını idarə edənlər nə qədər maaş alır?

Dünya iqtisadiyyatını idarə edənlər nə qədər maaş alır?

Dünya iqtisadiyyatının 50 faizini yönədən ABŞ Mərkəzi Bankının prezidenti Ben Bernanke digər bir çox həmkarı ilə müqayisədə olduqca aşağı maaş alır. SİA-nın məlumatına görə, o, Avropa, Kanada, Yaponiya və maliyyə yardımı üçün Avropa Birliyinə müraciət edən İrlandiyadakı həmkarları qədər pul qazanmır. Hətta ABŞ ilə müqayisə edildikdə olduqca kiçik bir iqtisadiyyata sahib olan Malta Mərkəzi Bankının prezidenti belə Bernankedən daha çox maaş alır.

 

Dünyanın ən iri banklarının rəhbərlərinin aldığı maaşlar isə aşağıdakı kimidir:

1.Filipp Hildebrant - İsveçrə Mərkəz Bankı İllik maaşı 860 min 455 dollardır. Ölkənin dünya Ümumi Daxili Məhsulundakı (ÜDM) payı 0,45 faizdir.

2.Norman Qan - Honk Konq Mərkəzi Bankı İllik maaşı 774 min 179 dollardır. Ölkənin dünya ÜDM-də payı 0,43 faizdir.

3.Jan Klod Trişe - Avropa Mərkəzi Bankı İllik maaşı 482 min 751,2 dollardır.

4. Patrik Honohan - İrlandiya Mərkəzi Bankı İllik maaşı 359 min 608 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 0,25 faizdir.

5.Mervin Kinq - İngiltərə Mərkəz Bankı İllik maaşı 473 min 871 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 3,07 faizdir.

6.Masaki Şirakava - Yaponiya Mərkəzi Bankı İllik maaşı 472 min 195 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 5,96 faizdir.

7.Mark Karney - Kanada Mərkəzi Bankı İllik maaşı 441 min 945 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 1,84 faizdir.

8.Mixail Bonello - Malta Mərkəzi Bankı İllik maaşı 214 min 192 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 0,01 faizdir.

9.Ben Bernanke - ABŞ Mərkəzi Bankı İllik maaşı 196 min 700 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 20,42 faizdir.

10.Henrike də Kampos Mereles - Braziliya Mərkəzi Bankı İllik maaşı 83 min 185 dollardır. Ölkənin dünya ÜDM-dəki payı 2,88 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə