Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi SƏRƏNCAM

Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri

Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri

2. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə