Süleyman Vəzirovun anadan olmasının 100 illiyi qeyd olunub - YUBİLEY
Bu gün Beynəlxalq Muğam Mərkəzində əməkdar elm xadimi Süleyman Vəzirovun anadan olmasının 100 illiyi qeyd olunub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev açaraq tədbir iştirakçılarını salamlayıb.
Şirkətin prezidenti bildirib ki, bu günlərdə "Ümid" neft yatağı kəşf olunub. Bununla bağlı olaraq artıq şirkətin rəhbəri Prezidentin yanında olub. R.Abdullayev qeyd edib ki, bu yatağ Şahdəniz neft yatağından sonra ikinci ən böyük yataqdır: "Dövlətimiz hər zaman neftçilərimizə böyük diqqət və qayğı göstərib. Onların əməyi hər zaman yüksək qiymətləndirilib".
Daha sonra isə ARDNŞ-ın I vitse-prezidenti, akademik Xöşbəxt Yusifzadə Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı Süleyman Vəzirovun yaradıcılığından geniş şəkildə bəhs edərək onun neft sahəsində əldə etdiyi nailiyyətlərindən söz açıb.
Məlumat üçün bildirək ki, Muğam Mərkəzinin foyesində S.Vəzirovun fotoları da nümayiş olunub. Tədbirdə neft sahəsində fəaliyyət göstərən şəxslərdə iştirak edib.
Qeyd edək ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ilin noyabr ayında Azərbaycanın görkəmli neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi Süleyman Azad oğlu Vəzirovun anadan olmasının 100 ili tamam olur. Azərbaycanda neft-qaz sənayesinin inkişafında böyük xidmətlər göstərmiş Süleyman Vəzirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Dövlət Neft Şirkəti Sənaye və Energetika Nazirliyi ilə birlikdə Süleyman Azad oğlu Vəzirovun 100 illik yubileyinə həsr olunan tədbirlər planını hazırlayıb həyata keçirsin.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB