Türk şirkəti Uyumsoft İnsan Resurslarının İdarə Edilməsi Proqramı çərçivəsində təqdimat mərasimi keçirəcək

Türk şirkəti Uyumsoft İnsan Resurslarının İdarə Edilməsi Proqramı çərçivəsində təqdimat mərasimi keçirəcək

Türkiyənin UyumSoft informasiya sistemi İnsan Resurslarının İdarə Edilməsi Proqram təminatı üzrə Təqdimat mərasimi keçirəcək. SİA-nın məlumatına görə, 25 noyabr 2010-cu il tarixində Hyatt Regency otelində olması nəzərdə tutulur.

Qeyd edək ki, şirkət 2009-cu ildən Azərbaycanda fəaliyyət göstərir. 1996-cı ildən etibarən dünyada 450-yə yaxın sektorunda geniş əlaqələr qurublar. UyumSoft şirkəti bu günə qədər 16 dəfə təşkil etdiyi xüsusi təhsil proqramları ilə də 4 ildə 487 gəncin müxtəlif təşkilatlarda çalışmasını təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə