Prezident körpü tikintisinə 3,5 milyon manat vəsait ayırdı SƏRƏNCAM

Prezident körpü tikintisinə 3,5 milyon manat vəsait ayırdı SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə M-4 Bakı–Şamaxı–Yevlax magistral avtomobil yolunun 217-ci kilometrində Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılması və Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etməsi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə