"Bu il 100 min hektaradək torpaqlar su ilə təmin olunacaq"

"Bu il 100 min hektaradək torpaqlar su ilə təmin olunacaq"

Cari ildə 100 min hektara yaxın torpaqlar su ilə təmin ediləcək. Bu barədə jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda ümumilikdə 103 min hektar suvarma suyu çəkilib. Bu il həmin tədbirlər davam etdirilir. Cari ildə 100 min hektara yaxın torpaqlar su ilə təmin ediləcək: “Bu il Goranboy Aqroparkı yaradılıb. Bu aqroparkdan Şəmkirçay su anbarı vasitəsilə 4 min 700 hektar sahəyə su çatdırılıb. Bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir”.

Bütün xəbərlər Facebook səhifəmizdə