Arif Rəhimzadə: "Mixaylovka deyəndə bilinir ki, söhbət nədən gedir"

Arif Rəhimzadə: "Mixaylovka deyəndə bilinir ki, söhbət nədən gedir"

"Sovet hakimiyyəti dövründə xidməti olan insanların adına kənd olması qəbahət deyil. Biz də sovet dövründə işləmişik, xalq düşməni deyilik. Bu məsələyə diqqətlə yanaşmaq lazımdır”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

Komitə sədri söyləyib ki, bütün kənd adlarının dəyişdirilməsi düzgün deyil: "Məsələn, Göygöl rayonunun Mixaylovka kəndinin adının dəyişdirilməsini təklif edirlər. Deyirlər ki, orada ruslar yaşamır. Amma bu, tarixdir. 1845-ci ildə Azərbaycan Rusiyanın tərkibində olanda rusları bu kəndə sürgün ediblər. Onlar öz xoşu ilə gəlməyiblər ki. Bundan başqa, hansısa kəndə Çəmənli adının verilməsini təklif edirlər. Bunun hansı tarixi əsası var? Mixaylovka deyəndə bilinir ki, söhbət nədən gedir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com