İnam Kərimovun fermərlə görüşü kənd təsərrüfatına, sahibkarlara diqqət və qayğının təzahürüdür
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biridir və hazırda Azərbaycanda kənd təsərrüfatına diqqət xeyli dərəcədə artırılıb. İstər əkinçilik, istərsə də heyvandarlıq sahələrinə qayğı təkzib edilə bilməz və hər bir sahədə sahibkarlara dövlət tərəfindən göstərilən yardımlar, köməkliklər iqtisadiyyatın inkişafına xidmət məqsədi daşıyır.
Kənd təsərrüfatı və onun inkişafı etibarlı əllərə həvalə edilib
Kənd təsərrüfatı naziri İnam Kərimovun fermərlərlə görüşü və onlara hər cür dəstək olacağını bildirməsi çox təqdirəlayiq haldır və bu o deməkdir ki, kənd təsərrüfatı, onun inkişafı etibarlı əllərə həvalə edilib. Fermerlərlə görüşünün təəssüratlarını bölüşənlər hələ bu vaxta qədər belə bir nazir görmədiyini, səmimi olduğunu gizlətmirlər.
Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov kənd təsərrüfatı naziri İnam Kərimovla Yalavanc kəndindəki görüşdən təəssüratını bölüşərkən qeyd edir ki, cənab nazir ona ürək-dirək verdi, heç nədən çəkinməməsini, mal- qara və qoyun-quzunu artırmasını tövsiyyə etdi. Hətta cənab nazirin fermərlərə hər cür dəstək olacağını da bildirməsi fermeri hədsiz dərəcədə ruhlandırıb və bu da öz növbəsində təsərrüfat sahibinin əməyinə verilən qiymət, bu sahəyə olan qayğı kimi də fermerlər tərəfindən qiymətləndirilir.
Kənd təsərrüfatı nazirinin Quba rayonununda fermerlə görüşü və bu görüş zamanı çəkilən fotolar, məsələn, cənab nazirin quzunu qucağına aldığı bir foto son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İ.Kərimovun fəaliyyətinə ucqar kəndlərə səfər etməklə başlamasını ictimaiyyət görünür yüksək qiymətləndirib. Görünən odur ki, kənd təsərrüfatı sahəsinin inkişafını arzu edən hər kəs cənab nazirin bu sahəyə diqqətini, qayğısını dəyərləndirir və təsərrüfat sahiblərinə, sahibkarlara ürək-dirək verməsini dəstəkləyir.
Kənd təsərrüfatında əldə olunan nailiyyətlər günün reallığıdır
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılıb və iqtisadiyyatın müxtəlif sahələrində bu diqqətin nəticələri göz qabağındadır. Sənaye sahələri ilə yanaşı, xüsusilə kənd təsərrüfatına da önəm verilir və hazırda bu sahələrdə irəliləyişlərin müşahidə olunmasının şahidiyik. Kənd təsərrüfatında istər bitkiçilik, istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində əldə olunan nailiyyətlər günün reallığıdır. Bu isə öz növbəsində ölkə daxilində eyni zaman məhsul bolluğu deməkdir. Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi baxımından bu sahəyə olan diqqət və qayğı əlbəttə ki, məqsədəuyğundur.
Həmçinin kənd təsərrüfatı məhsullarının bolluğu ölkənin idxal-ixrac məsələlərinə də öz müsbət təsirini göstərir. Ölkəyə xaricdən məhsul idxalının qarşısı alınır və külli miqdarda vəsaitlərə qənaət olunur. Eləcə də daxili məhsul həm keyfiyyət, həm də qiymət etibarı ilə əhali üçün daha əlverişli hesab olunur. Beləki, daxili resurslar hesabına bazara çıxarılan kənd təsərrüfatı məhsulları qiymət baxımından xaricdən idxal olunan məhsullardan daha ucuz təklif olunur ki, bu da vətəndaşların rifahına xidmət edir.
Eyni zamanda məhsul bolluğu, həmçinin yerli məhsulların xarici bazarlara ixrac olunmasına da böyük zəmin yaradır və bu da öz növbəsində büdcə vəsaitlərinin artımı deməkdir. Ölkə kənd təsərrüfatı məhsullarını ixrac edərək valyuta ehtiyatlarını daha da artırmaq imkanları qazanır. Nəticədə vətəndaşların rifahının yaxşılaşdırılması, sosial yönümlü tədbirlərin həyata keçirilməsi imkanları daha da genişlənir.
Kənd təsərrüfatı nazirinin fermerlərlə görüşünə reallıqdan uzaq müxtəlif mənalar verməyə çalışanlar yanılırlar
Bütün bunları nəzərə alaraq kənd təsərrüfatı naziri İ.Kərimovun təsərrüfatlarla yaxından maraqlanması, rayonlara, kənd yerlərinə səfəri, fermerlərlə görüşləri həqiqətən də yüksək qiymətləndirilməli və alqışlanmalıdır. Təbii ki, bu görüşlərdə fermerlərin, sahibkarların problemləri, ümumiyyətlə bu sahədə mövcud olan qayğılar da öz həllini tapacaq və nəticədə kənd təsərrüfatı sahəsində daha dinamik inkişafa zəmin yaradacaq. Bu da öz növbəsində iqtisadi inkişafı şərtləndirir və ölkəmizin maraqlarını təmin edir.
Təəssüflər olsun ki, bəzi qüvvələr bu təşəbbüsü də düzgün qiymətləndirə bilmir və əksinə, cənab nazirin fermerlərlə görüşünə müxtəlif don geyindirməyə cəhd edir. Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədovla görüşünə reallıqdan uzaq müxtəlif mənalar verməyə çalışanlar yanılırlar. Çünki, xalqın gözü tərəzidir və Azərbaycan ictimaiyyəti bu addımı alqışlayır. Bəzi müxalif qüvvələrin cənab nazirin quzunu qucağında saxladığı şəkili şosial şəbəkələrdə rüşvət kimi şərh etməsi absurddur. Bu qədər məntiqsiz, əsassız ittihamların, şər və böhtan xarakterli fikirlərin reallıqla zərrə qədər əlaqəsi ola bilməz. Məmur deyil, ən adi vətandaşın belə qayğısına bu şəkildə yanaşmaq təkcə ədalətsizlik yox, həm də insafsızlıqdır. Bu şəkildə yanaşma eyni zamanda dövlətçilik maraqlarına da ziddir və bu baxımdan haqlı olaraq ictimai narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyəti qrant həvəskarlarının hər addımının vəsait mənimsəməyə hesablandığını bilir və bu baxımdan onların cənab nazirin fermerlə, sahibkarla görüşünün rüşvət adı altında mənimsəmə kimi şərh etməsini təbii ki, şər-bötan kimi dəyərləndirir.
Kənd təsərrüfatının inkişafı məhsul bolluğu, əhalinin tələblərinin ödənilməsi, vətəndaşların rifahının yüksəldilməsinə hesablanıb və bu istiqamətdə atılan addımlar yalnız alqışlanmalıdır. Məhz bu baxımdan ölkə ictimaiyyəti kənd təsərrüfatı naziri İnam Kərimovun fermərlərlə görüşünu, kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara, fermerlərə qayğısını yüksək qiymətləndirir. Azərbaycan ictimaiyyəti dövlətimizin və cənab nazirin bu diqqət və qayğısına istinadən inanır ki, ölkəmiz daha dinamik iqtisadi inkişafa nail olacaq, bundan sonra daha böyük uğurlara imza atacaq.
İnam HACIYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB