Torpaqların səmərəli istifadəsində peyk nəzarət sisteminin tətbiqinə başlanacaq

Torpaqların səmərəli istifadəsində peyk nəzarət sisteminin tətbiqinə başlanacaq

Bu ilin sonuna torpaqların səmərəli istifadəsində peyk nəzarət sisteminin tətbiqinə başlanacaq SİA-nın verdiyi xəbərə görə, Əmlak Məslləsir üzrə dövlət Komitəsini sədri Kərəm Həsənov bildirib. Komitəsi bildirib ki, torpaqların dövlət idarəedilməsi sahəsində aparıcı yeni texnologiya və idarəetmə üsulllarından istifadə edilir. Bu gün 14 rayonda elektron kadastr işi yekunlaşıb.

Onun sözlərinə görə, torpaqarın iqtisadi qiymətləndirilməsi nəticəsində hansı ərazilərdə hansı növ bitkilərin əkilməsi müəyyənləşdirilir. ƏMDK-nin sədri ölkədə ölkədə ilk dəfə Torpaqların Elektron Kadastr Uçotu Sistemi və torpaların səmərəli istifadəsində Peyk Nəzarəti Sisteminin qurulmasının önəmini vurğulayıb. Bildirib ki, əldə edilən peyk məlumatları torpaqların təyinatından kənar və qeyri-səmərəli istifadə halllarının vaxtında aşkar edib, müvafiq tdbirlər görməyə imkan verəcək. Komitə sədri bildirib ki, hazırda ölkədə elmi əsaslarlardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir.

ƏMDK də torpaq ehtiyatlarını idarəedilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırlmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərə olduqca geniş yer ayırır. Bu sahədə aparılıan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə