Cari dövrdə Bakıda 8077 pos-terminal qeydə alınıb

Cari dövrdə Bakıda 8077 pos-terminal qeydə alınıb
2010-cu il oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1847 ədəd olub. SİA-nın Mərkəzi Bankın saytına istinadən verdiyi məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 209 ədəd çoxdur. Cari ilin qeydiyyatına görə, oktyabrın 1-nə bankomatların 1028-i Bakı şəhərində, 819-u isə digər şəhər və rayonlarda yerləşir. Qeyd edək ki, bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 8882 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 363 ədəd çoxdur. Cari dövrdə pos-terminalların 8077-si Bakı şəhərində, 805-i isə digər regionlarda yerləşir. 2010-cu ilin oktyabr ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 4059 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3804 min ədəd olub. Onlardan 94,7%-i debet kartlarının payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə