Qəbristanlıqların yerləşdiyi torpaqların statusunu müəyyən edən dəyişikliklər müzakirə olundu

Qəbristanlıqların yerləşdiyi torpaqların statusunu müəyyən edən dəyişikliklər müzakirə olundu

Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, komitə sədri Eldar İbrahimov bildirib ki, bugünkü iclasın gündəliyinə iki məsələ daxil edilib.

Qeyd edilib ki, “Torpaq islahatı haqqında” qanuna və Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə məsələlər ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub.

Sənədlərdəki dəyişiklikləri şərh edən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunverisilik bölməsinin müdiri Vilayət Əlizadə deyib ki, hər iki sənəd “Bələdiyyə torpaqlarınn idarə edilməsi haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanıb. Dəyişikliklər qəbristanlıqların yerləşdiyi torpaqların statusunu müəyyən etmək məqsədi ilə aparılıb.

Millət vəkilləri Eldar Quliyev, Tahir Süleymanov, Aydın Hüseynov, Cavanşir Paşazadə çıxış edərək sənədlərdəki dəyişikliklərin olduqca zəruri bir məsələni əks etdirdiyini, bu məsələnin qanunvericiliyə uyğunlaşdırılmasının vacib olduğunu vurğulayıblar.

Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə