ARDNŞ oktyabr ayında 21 min 72 ton avtomobil benzini ixrac edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin oktyabr ayında 21 min 72 ton avtomobil benzini, 117 min 14 ton dizel yanacağı, 9 min 97 ton təyyarə yanacağı ixrac edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumilikdə, 2010-cu ilin yanvar-oktyabr ayları ərzində 155 min 375 ton avtomobil benzini, 1 milyon 344 min 862 ton dizel yanacağı, 98 min 449 ton təyyarə yanacağı, 764 ton soba mazutu ixrac edilib.
2010-cu ilin oktyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) - 762,87 dollar, təyyarə yanacağının – 742,30 dollar, dizel yanacağının – 705,50 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 466,57 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB