Bayıl qəsəbəsinə su verilişində məhdudiyyətlər olacaq

Bu gün Bakının Bayıl qəsəbəsinə su verilişində məhdudiyyət olacaq. Bu barədə SİA-ya “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə