FED faizləri artıra bilər

ABŞ Mərkəzi Bankı Fed-in 2018-ci ildə 4 dəfə faiz artıracağına dair gözləntilər, yeni sədr Cerom Pauellin ilk Konqres çıxışının ardından yüksəlib.

FED-in yeni rəhbəri Cerom Pauell Fed sədri kimi ilk çıxışını edib.

Pauell, çıxışında güclü iqtisadi artıma işarə edib. FED-in il sonuna qədər hər birində 25 bənd olmaqla 4 dəfə faiz artıracağı ehtimalı 22%-dən 25.2%-ə yüksəlib.

Federal Açıq Bazar Komitəsinin (FOMC) Mart ayı toplantısında 25 bənd faiz artırılaraq faizin 1.50 - 1.75 faiz səviyyəsinə qaldırılacağı ehtimalı isə 86 faiz səviyyəsindədir.

FED, 2017-də mart, iyun və dekabr aylarında 3 dəfə faiz artırmışdı.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə