Azərbaycan və Avstriya respublikaları arasında Qarışıq Komissiyanın 6-cı iclası keçiriləcək
Oktyabrın 21-22-də Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 6-cı iclası keçiriləcək. SİA-nın xəbərinə görə, sözügedən komissiyanın həmsədrləri Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə Jozef Mayendir.
Komissiyanın həmsədrləri və üzvləri oktyabrın 21-də Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra iclas "Park İnn" otelinin konfrans zalında baş tutacaq. İclasda iki ölkə arasımda iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya üzrə qarşılıqlı əməkdaşlığın vəziyyəti, əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər müzakirə olunacaq.
İclasın sonunda protokol imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB