"Azərbaycanın beynəlxalq nüfuzu artıb" AÇIQLAMA

"Azərbaycanın beynəlxalq nüfuzu artıb" AÇIQLAMA

"2017-ci il Azərbaycan üçün uğurlu il kimi xarakterizə oluna bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, cari ilin geridə qalan müddəti ərzində ölkə iqtisadiyyatında aktivlik qorunub saxlanılıb: "Eyni zamanda, ölkədə sosial sahədə bir sıra addımlar atılıb. Siyasi sferada Azərbaycanın beynəlxalq uğurlarında yeni cığırlar açılıb. Azərbaycanın Avropaya çıxışı təmin edən Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə bağlı sazişin imzalanması olduqca önəmli hadisələrdəndir. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin yorulmaz, qətiyyətli addımları nəticəsində baş verir. Heç şübhəsiz ki, dövlət başçısının atdığı addımlar Azərbaycan vətəndaşının sosial-rihaf halının yüksəldilməsinə xidmət edir".

Dünyada baş verən iqtisadi böhran təbii ki, ölkəmizə təsirsiz ötüşməyib. 2017-ci ildə neftin qiymətinin aşağı düşməsi iqtisadiyyatımıza xeyli təsir göstərdi. Ancaq Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun inkişafı hesabına davamlılığını qorudu və saxladı. 2018-ci ildə də iqtisadi inkişafımız dayanıqlı olaraq inkişaf edəcək yarımçıq qalmış layihələr həyata keçiriləcək. Həmişə olduğu kimi Milli Məclisdə də ölkəmizin gələcəyinə hesablanmış mükəmməl qanunların qəbul olunmasına davam edəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə