BTQ ilə Türkiyədən Azərbaycana yola salınan ilk qatar Bakıya çatıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən Azərbaycana yola salınan ilk qatar artıq Bakıya çatıb.
SİA-nın məlumatına görə, “ADY Konteyner” MMC-dən bildirilib ki, 32 konteynerdən ibarət blok qatarı Mersindən Bakıya qədər olan məsafəni 4 günə qət edib. Konteynerlərdən 30-u Azərbaycan üçün nəzərdə tutulmuş yüklərdən ibarətdir. İki konteyner isə Çinə yola salınacaq.
Qeyd edək ki, BTQ ilə hərəkət edən ilk qatar Qazaxıstanın Kokşetau stansiyasından oktyabrın 24–də yola çıxıb. Qazaxıstandan yola salınan 2–ci qatar isə artıq Gürcüstana çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB