Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndi

Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı təsdiqləndi

Milli Məclisi bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunların layihələri səsə qoyulub. SİA-nın xəbərinə görə, qanun layihəsi səs qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 130 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsini nəzərdə tutan qanun layihəsi də parlamentə daxil olub.

Hər iki qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə