Dövlət borclarının təminat fondunun mənbələri artırılır

Dövlət borclarının təminat fondunun mənbələri artırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, Qanun layihəsinə əsasən, Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısına yeni maliyyə mənbəyi - Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin Təminat Fonduna köçürülən sərbəst qalığı daxil edilir.

Bildirək ki, layihənin hazırlanması “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiqi ilə əlaqədardır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə