Minimum əmək haqqının 2013-cü ildə yaşayış minimumuma çatdırılması gözlənilir

Minimum əmək haqqının 2013-cü ildə yaşayış minimumuma çatdırılması gözlənilir

2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ölkəmizdə son illərdə əldə olunan nailiyyətlər, sosial iqtisadi inkişaf istiqamətləri, habelə maliyyə və digər beynəlxalq təşkilatların proqnozları təhlil edilməklə hazırlanıb.

SİA-nın verdiyi xəbərə görə, bu sözləri iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisin plenar iclası zamanı büdcənin müzakirəsi zamanı çıxışında deyib. O bildirib ki, ölkəmizin sosial iqtisadi dinamik inkişafı növbəti illərdə də davam edəcək və bunun üçün bütün imkanlar mövcuddur.

O deyib ki, proqnozlara əsasən 2011-ci ildə iqtisadi gəlirləri 3.8 faiz təşkil edəcək. Ş.Mustafayev söyləyib ki, ÜDM-nın nominal dəyəri 40.2 milyard manat - 50 milyard dollar olacaq. 2014-ci ilədək orta illik iqtisadiyyatın 7 faiz proqnozşlaşdırılır. Adam başına düşən ÜDM 2011-ci ildə 5540 dollar, 2014-ci ildə 7100 dollara çatacaq və Azərbaycanı yuxarı, orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcək. Növbəti il üçün manatın məzənnəsi 80.4 qəpik beynəlxalq təşkilatlara neft hasil edən ölkələrin proqnozları təhlil edilərək neftin qiyməti bir barelə görə 60 dollar qəbul edilib. Neft hasilatının növbəti 4 il də 223 milyon tona, o cümlədən 2011-ci ildəki 51.6 milyon tondan 2014-cü ildə 62.4 milyon tona çatacaq.

Qaz hasilatı 2011-ci ildə 29 milyarddan 2014-ci ildə 32 milyard kubmetrə çatdırılacaq, 4 ildə 120 milyard kubmetr qaz hasil ediləcək. 2009-cu ildə neft sektorunun ÜDM-dakı payı 48 faiz təşkil edirdisə, 2014-cü ilə qədər 38 faizə qədər azalacağı və qeyri neft sektorunun payının müvafiq olaraq 45 faizdən 53 faizədən artacağı proqnozlaşdırılır. Belə ki qeyri neft sektorunun 2011-ci ildə 7.2 faiz növbəti 3 ildə isə orta hesabla 8 faiz artacağı gözlənilir.

Nəzərdə tutulanların yerinə yetirilməsi üçün dövlət başçısının tapşırığına uyğun olaraq özəl sektorunun inkişafı ilə bağlı görülən işlər davam edəcək, nəticədə özəl sektorun payı ilbəil artacaq. Qeyri neft sektorunun inkişafı ilə bağlı regionların sosial iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, eləcə də özəl müəssisələrin tikilməsi böyük əhəmiyyət kəsb edir. Hazırda regionlarda 211, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəsisəsinin tikintisi davam etdirilir. 2011-ci ildə qeyri neft sənayesi üzrə 7.3 faiz, aparılan yenidənqurma işləri nəzərə alınaraq kimya sənayesində 10.3 faiz artım proqnozlaşdırılır.

Metallurgiya sənayesində 2011-ildə 22 faiz, növbəti 3 ildə 14.2 faiz artım proqnozlaşdıırlır. Eləcə də Gədəbəydə qızıl istehsalı zavodunun həcmi genişləndirilir, qızıl istehsalının 2014-cü ildə ötən illə müqayisədə 6 dəfə artacağı proqnozlaşdırılır. Proqnozlaşdırılan dövrdə maşınqayırmada 2.1, nəqliyyat avadanlıqları istehsalı sahəsində 1.6 dəfə, elektron avadanlıqları istehsalı sahəsində 12.9 faiz artım proqnozlaşdırılır. Tikintisi davam edən zavodlarda, habelə təməli qoyulan gəmiqayırma zavodunda istehsal olunacaq rəqabət qabiliyyətli məhsullar, qeyri-neft sənayesinin daha da genişlənidirilməsinə imkan yaradacaq. Tikinti materiallarının istehsalı sənayesində 2011-ci ildə 8.6 faiz artım proqnozlaşdırılır. Ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Balaxanı bərk məişət tullantıları zavodu 2012-ci ildə tam istehsal gücü ilə fəaliyyətə başlayacaq. Tullantıların yandırılması ilə ildə 230 milyon kilovat elektrik enerjisi əldə ediləcək. 2011-ci ildə kənd, meşə, balıqçılıq təsərrüfatı üzrə 5.5 faiz, növbəti ildə orta hesabla 3.4 faiz artım proqnozlaşdırılır.

Respublikada taxıl ehtiyatının yaradılması üçün zəruri imkanlar yaradılıb. Belə ki, ümumi tutumu 266 min ton olan 16 taxıl anbarının tikintisi maliyyələşdirilib, dövlət taxıl fondunun ümumi həcmi 160 min tonluq anbar isə bu ilin sonunadək fəaliyyətə başlayacaq. Qida məhsullarının istehsalında 2011-ci ildə 4.8 faiz artım proqnozlaşdırılır.

Masazır duz zavodunun məhsulları hesabına ölkənin yodlaşdırılmış duza olan tələbatı tam ödəniləcək. Məhsulun təqribən yarısı ixrac olunacaq. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət dəstəyi tədbirləri davam etdiriləcək. Xidmətlər sektorunda artım 2011-ci ildə 7.5 faiz, növbəti üç ildə 8.7 faiz təşkil edəcək. Bu sektorun ÜDM-dakı payı 2009-cu ildə 35.7 faizdən 2014-cü ildə 43.7 faizə qədər artacağı proqnozlaşdırılır.

Gələn il informasiya və rabitə sahəsində 18.5 faiz, növbəti üç ildə orta illik artım 17.4 faiz gözlənilir. Azərbaycan peykinin orbitə çıxarılması ölkənin bu sahədəki növbəti uğuru olacaq. Qərblə Şərqi birləşdirən Azərbaycan regionda beynəlxalq enerji layihələrinin həyata keçirilməsində vacib rol oynayır. Bu istiqmətdə görülən işlər Azərbaycanın sürətli və davamlı inkişafına xidmət etməklə yanaşı ölkənin və regionun təhlükəsizliyinə əvəzsiz töhvələr veriməkdədir. Sosial və digər xidmətlərdə 2011-ci ildə 4.4 faiz növbəti 3 ildə orta hesabla 8.7 faiz proqnozlaşdırılır.

Qeyri-neft ixracı 2011-ci ildə 7 faiz sonrakı üç ildə orta hesabla 16.1 faiz artacaq. Xarici ticarət platasının 2014-cü ildə 2011-ci illə müqayisədə 36 faiz artaraq 19 milyard dollar təşkil edcəyi proqnozlaşdırılır. 2011-ci ildə bu sahəyə dair qoyulan investisiyalar 17 faiz artaraq 11.4 milyard manat növbəti 3 ildə 37 milyard manat olacaq. Gələn il dövlət və qeyri dövlət investisiyalar həcmi müvüafiq olarq 5.9, 5.5 milyard manat olacaq, və neft sektorunda 4 milyard manat qeyri neft sektorun 7.4 milyard manat investisiya yatırılacaq. Həyata keçirilən uğurlu iqtisadi siyasət özünü göstərməkdədir.

2011-ci ildə orta əmək haqqının 379 manata, 2012-ci ildə 431, 2013-cü ildə 485, 2014-cü ildə 551 manata çatacağı, real gəlirlərinin müvafiq olaraq 6.5 faiz,10.2 faiz,8.1 faiz, 2014-cü ildə 8.3 faizə qədər artacağı proqnozlaşdırılır. 2011-ci ildə yaşayış minimumu 9.2 faiz artaraq 95 manat, 2014-cü ildə 109 manat təşkil edəcəkdir. Belə ki, minimum əmək haqqının 2013-cü ildə yaşayış minimumuma çatdırılması və 2014-cü ildə hətta onu üstələməsi də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə