Saxlama müddəti ötmüş 2,5 ton ərzaq malları satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda
A.Mustafayev küçəsi, ev 30/14 ünvanında Lətif Mehdizadəyə məxsus topdansatış obyektində;
Yasamal rayonunda
H.Cavid prospekti, ev 80, mənzil 17 ünvanında yerləşən "Sizin market"də;
H.Cavid prospekti, ev 78 ünvanındakı "Qastronom"da;
H.Zərdabi prospekti, ev 68V ünvanında yerləşən "Fidan market"də;
H.Zərdabi prospekti, ev 70 ünvanında Fərhad Cəfərova məxsus mağazada;
Gəncə şəhərində
Azərbaycan küçəsi, 131 ünvanında Emin Bayramova məxsus mağazada;
Kürdəmir şəhərində
Dəmir Yol Vağzalının yaxınlığındakı Eldar Məmmədova məxsus mağazada;
Cəlilabad şəhərində
H.Əliyev prospektində Zaur Cəfərova məxsus mağazada;
Qax şəhərində
Ü.Hacıbəyov küçəsində yerləşən "Fidan" mağazasında;
ümumi çəkisi 2,5 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
SİA-nın məlumatına görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB