Cavid Qurbanov: "Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir"
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir. Bu barədə "Azərbaycan Dəmir Yoları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
"Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur", - C.Qurbanov qeyd edib.
Bu yaxınlarda Bakı-Tbilis-Qars dəmiryolunun açılışını xatırladan C.Qurbanov onun Azərbaycanın dividendlərini artıracağını da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB