Zeyno Baran: “Azərbaycanı fərqli ampluada görmək çox maraqlıdır”
Azərbaycanı hər zaman neft və qaz ölkəsi kimi tanımışıq, indi onu fərqli ampluada – Şopinq festival keçirərkən görmək, ölkənin bütün sahələrdə güclü olmasının göstəricisidir.
SİA-nın məlumatına görə, bu sözləri Bakushopfest.com saytına açıqlamasında ABŞ-ın Hudson İnstitutunun Avrasiya siyasəti mərkəzinin müdiri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran deyib. O bildirib ki, bu kimi tədbirlərin keçirilməsi Azərbaycan iqtisadiyyatı və turizmini daha da irəli aparacağından əmindir.
Zeyno Baran Azərbaycana gələn turistlərin bu festivalla bağlı sayının, insanların alış – veriş həvəsinin daha da artacağını vurğulayıb. Xanım Baran Azərbaycan dövlətinin turizmin inkişafına yönələn bu addımını təqdir etdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə