Sentaybr ayının sonuna ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 857.1 milyon manat təşkil edib.
SİA Mərkəzi Banka istinadən xəbər verir ki, ödəmə vaxtı keçmiş kreditlər avqust ayının sonu ilə müqayisədə 33,1 milyon manat, ötən ilin sonu ilə müqayisədə isə 384,5 milyon manat artıb. Problemli kreditlərin məbləği 2017-ci ildə hər gün təxminən 1,4 milyon manat artıb.
30 Sentyabr 2017-ci il tarixinə olan 12 milyard 437.2 milyon manat kredit qoyuluşlarının 14.9%-nin ödəmə vaxtı keçib. Avqustun sonunda bu nisbət 14,7%, ötən ilin sonunda isə 9% idi.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB